Yaponiyada quş qripi aşkarlandi



 

Minə yaxın toyuq məhv edilib

SeherXeber.org xəbər verir ki, Yaponiyanın paytaxtı Tokionun şimal-şərqində, Çiba əyalətində fermada quş qripi aşkarlanıb. Dövlət Qubernatorluğu xəstəliyin aşkarlanmasından sonra 1000-ə yaxın toyuqun məhv edildiyini bildirib.

İctimai yayımçı NHK-nın xəbərinə görə, Çibanın Sosa rayonunda bir toyuq fermasında bir ördək növünün ölümündən sonra aparılan sınaqlarda bir çox ördəkdə yüksək səviyyədə yoluxucu quş qripi aşkar edilib.

Ətraf rayonlara ördək balası və təsərrüfatda istehsal olunan ərzaq məhsullarının daşınması iki həftə dayandırılıb. Dövlət Qubernatorluğu xəstəliyin aşkarlanmasından sonra 1000-ə yaxın toyuqun məhv edildiyini bildirib.
Akif Nəsirli