Məşhur aparıcının əri öldürüldü - FOTO



 

Türkiyənin məşhur aktrisa və aparıcısı Ece Erkenin vəkil həyat yoldaşı, "Beşiktaş" idarə heyətinin keçmiş üzvü Şafak Mahmutyazıcıoğlu öldürülüb.

SeherXeber.org baku.ws-ə istinadən xəbər verir ki, hadisə yerli saatla saat 00:30 radələrində İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Ş.Mahmutyazıcıoğlu sürücüsü ilə Bakırköydəki balıq restoranda yemək yeyərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Silahlı hücumdan ağır yaralanan Mahmutyazıcıoğlunu müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.