Paşinyandan Antalya mesajı...



 

"Biz ilkin şərt olmadan görüşməyə hazırıq"

SeherXeber.org-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, biz Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq istəyirik.

Paşinyan böyük ehtimalla Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcəklərini və Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bildirib.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin danışıqlarını davam etdirdiklərini deyən Paşinyan, “Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq istəyirik. Proses belə davam edərsə, Ermənistanın Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmə ehtimalı yüksəkdir.

“Facebook”da yayımlanan mətbuat konfransında Ermənistanın baş naziri Paşinyan ölkəsinin Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini vurğulayaraq: “Biz Türkiyə ilə diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyirik. Biz keçmişdə uğur qazanmamışıq və bu təcrübədən istifadə etməliyik”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl bəyan etmişdi ki, 11-13 mart tarixlərində keçiriləcək ADF-yə Ermənistandan da rəsmilər dəvət olunub.
Akif Nəsirli