Barmağında üzük qaldı, FHN-i çağırdı - Bakıda
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında qızıl halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.
"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qızıl halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 02:36-da başa çatıb.