Poqba yeni idman ayaqqabılarını təqdim etdi - VİDEO



 

Fransa millisi və “Mançerster Yunayted”in yarımmüdafiəçisi Pol Poqba modelyer Stella Makkartni və “Adidas” şirkətilə birgə hazırladığı yeni idman ayaqqabısını təqdim edib.

Müvafiq videoçarx alman şirkətinin “Instagram” səhifəsində paylaşılıb.

Butsıların “veqan” və “gender-neytral” olduğu bildirilib.

“Predator” (Yırtıcı) brendi altında buraxılan idman ayaqqabıları məhdud sayda istehsal olunub.