Gənc braziliyalı futbolçu evində qətlə yetirildi - FOTO



 

23 yaşlı braziliyalı yarımmüdafiəçi Bruninyo bu gün səhər saatlarında Belen şəhərində yaşadığı evdə qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, evə daxil olan silahlı futbolçuya atəş açıb.

Gənc futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Hazırda hüquq-mühafizə orqanları qətli həyata keçirmiş şəxsi axtarır.

Qeyd edək ki, Bruninyonun Braziliyanın B seriyasında çıxış edən “Sosiedad Esportiva Pikos” klubunun üzvü olub. 

Mənbə: “HaberGlobal”