Avropa çempionatı: Azərbaycanın iki boksçusu bürünc medal qazandı



 

 

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan “Report”a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.