“Qalatasaray” Moskvada qələbə qazandı, Emrelinin “Legiya”sı məğlub oldu - VİDEO



 

UEFA Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun daha 14 qarşılaşması başa çatıb.

Avroliqada Türkiyənin “Qalatasaray” klubu səfərdə minimal hesabla da olsa, Rusiya “Lokomotiv”indən üstün olaraq, qrup liderliyini daha da möhkəmlədib – 0:1.

Mahir Emrelinin çıxış etdiyi “Legiya” isə “Napoli” ilə qarşılaşmada üç cavabsız top buraxıb – 3:0

Konfrans Liqasında isə “Qarabağ”la eyni qrupda çıxış edən “Bazel” “Omonia”nı 3:1 hesabı ilə məğlub edib. Hazırda həm təmsilçimiz, həm də İsveçrə klubu 7 xala malikdir. “Kayrat” və “Omonia”nın isə hərəyə yalnız 1 xalı var.

Avropa Liqası:

“Ayntraxt”-“Olimpiakos” 3:1

“Lokomotiv”-“Qalatasaray” 0:1

“Napoli”-“Legiya” 3:0

PSV-“Monako” 2:1

“Reyncers”-“Brondbü” 2:0

“Sparta Praqa”-“Lion” 3:4

“Şturm Qraz”-“Real Sosyedad” 0:1

“Vest Hem”-“Genk” 3:0

Konfrans Liqası:

“Bazel”-“Omoniya” 3:1

“CFR Kluj”-“Az Alkmaar” 0:1

“Yablonets”-“Randers” 2:2

“ÇSKA Sofiya”-“Zorya” 0:1

“Partizan”-“Gent” 0:1

“Slovan Bratislava”-“Linkoln Red İmps” 2:0