Moskvada Emrelinin “Legiya”sına çatmaq üçün gərgin mübarizə: “Barsa” ilk xal uğrunda meydana çıxır - AFİŞA



 

Oktyabrın 20-də Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində növbəti oyunlar keçiriləcək.

Üçüncü tura yekun vuracaq qarşılaşmalar 20:45-də başlayacaq.

E qrupunda “Barselona” Kiyev “Dinamo”sunu məğlub edib qrupda ilk xalını qazanmağa çalışacaq. G qrupunda isə “Zaltsburq” evində “Volfsburq”u qəbul edəcək.

Bu gün həmçinin UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü tur çərçivəsində C qrupunda bir oyun keçiriləcək. Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın (6 xal) lider olduğu qrupda 3 xalla ikinci olan Moskva “Spartak”ı evində qrup sonuncusu “Lester”i qəbul edəcək. Qarşılaşma 18:30 start götürəcək.

Çempionlar Liqasında 23:00-da baş tutacaq qarşılaşmalar bunlardır:

E qrupu:

“Benfika”-“Bayern”

H qrupu:

“Çelsi”-“Malmö”

“Zenit”-“Yuventus”

G qrupu:

“Lil”-“Sevilya”

F qrupu:

“Mançester Yunayted”-“Atalanta”

“Yanq Boys”-“Vilyareal”