Rafiq Hüseynov ilk dəfə dünya çempionu oldu və Türkiyə bayrağı ilə dövrə vurdu



 

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.

SeherXeber.org-un xəbərinə görə, bu, yunan-Roma güləşi üzrə Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynovdur.

82 kq çəki dərəcəsində güləşən Rafiq finalda Burhan Akbudaka (Türkiyə) 2:1 qalib gəlib. İdmançımız Avropa çempionluğundan sonra ilk dəfə dünya çempionu adını qazanıb. Azərbaycan - Türkiyə bayraqları ilə dövrə vuran Rafiq kameraya “ata, oğlun dünya çempionu oldu” deməyi də unutmayıb.