Azərbaycan millisinin müdafiəçisi İrlandiya ilə oyunu buraxacaq



 

Azərbaycan millisi İrlandiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, Bəhlul Mustafazadə zədəli olduğü üçün yığmanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.