Dünya çempionatında qadın güləşçilərimiz də qızıl medalsız qaldı



 

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son qadın güləşçisi də erkən məğlubiyyətlə barışmalı olub.

SeherXeber.org xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən Alyona Kolesnikin 1/8 finalda belaruslu Kristina Sazıkina ilə qarşılaşıb.

Ukrayna əsilli güləşçimiz rəqibinə 4:8 hesabı ilə uduzub.

Qeyd edək ki, dünən Azərbaycanın daha iki qadın güləşçisi – Türkan Nəsirli (50 kq) və Elis Manolova (65 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Xatırladaq ki, daha əvvəl 2 sərbəst güləşçimiz – Əbubəkr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) ən yaxşı halda bürünc medal qazana bilib.