Gürcüstanda seçki başa çatdı: “Exit-poll”a görə “Gürcü arzusu” və Kaladze liderdir



 

Gürcüstanda keçirilən seçkilər yerli vaxtla saat 20:00-da başa çatıb.

Gürcüstanın “TV formula” təşkilatı yerli seçkilərdə apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə görə “Gürcü Arzusu” Partiyası 46% səs toplayıb. “Vahid Milli Hərəkat” Partiyası (VMHP) 33%, keçmiş baş nazir Georgi Qaxariyanın “Gürcüstan naminə” partiyası 6% səs əldə edib.

Tbilisi şəhərinin merinin seçimlərində də “Gürcü Arzusu”nun namizədi qalib olub. Belə ki, Kaxa Kaladze 43% səs toplayıb.

Onun rəqibi “Vahid Milli Hərəkat” Partiyasının namizədi Nika Meliya 39% səs toplayıb. Üçüncü yerdə isə 7% faiz səs toplamağa nail olan “Gürcüstan naminə” Partiyasının namizədi Georgi Qaxariya qərarlaşıb.