Ukraynaya 630 milyon dollar ayıracaqlar



 

Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.

“Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stör bildirib.

“Ukraynada vəziyyət daha ciddi və gözlənilməz hala gəldi”, - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək.

Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.