2022-ci ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsinə ayırdığı xərclər bəlli oldu



 

2022-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri məlum olub.

Bu barədə məlumat Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.