Türkdilli ölkələrin iqtisadiyyat nazirləri Bakıya toplaşacaq



 

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının ikinci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.