İki Hollivud gözəlinin çəkildiyi filmin treyleri yayımlandı - VİDEO



 

“Marvel Entertainment” “Eternals” (“Əbədilər”) filminin son treylerini yayımlayıb.

Xloya Çjaonun rejissoru olduğu filmdə söhbət Yer kürəsini humanoidlərdən gizlincə qoruyan, lakin planeti xilas etmək üçün özlərini ifşa etməli olan ölümsüz super qəhrəmanlar - “əbədilər”dən gedir.

“Eternals”da Ancelina Coli (qorxmaz döyüşçü Tenanı canlandırıb), Salma Hayek, Kumail Nanciani, Cemma Çan, Kit Harrinqton və Riçard Madden iştirak edir.

Filmin noyabrın 5-də nümayiş olunması planlaşdırılıb.