Azərbaycanlı karateçi Ukraynada təntənə ilə qarşılandı - FOTO/VİDEO



 

Azərbaycan karateçisi, Tokio Olimpiya Oyunlarının gümüş medalçısı İrina Zaretskaya Ukraynaya qayıdıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, idmançını Odessa Beynəlxalq Hava Limanında yaxınları, dostları və pərəstişkarları qarşılayıb. Sevinc göz yaşlarını saxlaya bilməyən karateçi gələn hər kəsə öz təşəkkürünü bildirib və istəyən hər kəslə şəkil çəkdirib.

Xatırladaq ki, avqustun 7-də İrina Zaretskaya final görüşündə misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzaraq Tokio Olimpiadasının gümüş medalını qazanıb.