Şəhidin yeganə qardaşı faciəli şəkildə vəfat etdi 



 

Şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib.

SeherXeber.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd olunub.

Belə ki, paytaxtda mühafizəçi vəzifəsində çalışan 24 yaşlı Elvin Qurban oğlu Tağızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub.