UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO



 

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Ölkə.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.

Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.