Əliyar Ağayev Konfrans Liqasına təyinat aldı



 

UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 12-də Lüksemburq şəhərindəki “Josiy Barthel” stadionunda keçiriləcək “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

Bununa bağlı AFFA məlumat yayıb. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.