Sovet xarabalığını xatırladan məkan
Əsasən kasıbların cəmləşdiyi “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən “saytlar” əsasən canlarının qorxusundan hər şeyi olduğu kimi yazmaqdan çəkinirlər. Bu barədə dəfələrlə yerli media qurumlarında peşəkar jurnalistlər tərəfindən yazılar dərc olunub.
Nəşriyyatın direktoru Ağabəy Əsgərov açıqlamalarında “Biz “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq” kimi fikirlər səsləndirb. Ancaq necə deyərlər “görünən dağa nə bələdçi?”.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Dövlət Təhlükəsizliyi Xİdməti (DTX) tərəfindən sözügedən Nəşriyyatda dəfələrlə əməliyyat keçirilib və “reket jurnalist”lər həbs edilib. Bu fakt Ağabəy Əsgərovun rəhbərlik etdiyi Nəşriyyatın “fəaliyyəti”ni ortaya qoyur.
Digər bir faktı da qeyd etməklə “reketlər yuva”sı olan bu məkanın iç üzünü aşkara çıxarıb yazını bitirmək istəyirəm. Ağabəy Əsgərov “Azərbaycan” Nəşriyyatına direktor vəzifəsinə Əli Həsənovun xeyir-duası ilə gətirilib. Bu həmin Əli Həsənovdur ki, vəzifədə olduğu müddətdə büdcənin pullarını öz şəxsi vəsaiti hesab edib, Azərbaycanda milli ideologiyanı və bütövlükdə medianı məhv edib, Həsən bəy Zərdabinin bizə miras qoyduğu mətbuatı özünün şəxsi sifariş və biznes obyektinə çevirib. İndi siz deyin, Ağabəy Əsgərova və onun rəhbəri olduğu Nəşriyyata inanmaq və güvənmək olarmı?
P.S. Qeyd edim ki, nəşriyyatın binası uzun müddət təmir edilmədiyindən orada vəziyyət heç də ürəkaçan deyil. Belə ki, binada liftlər işləmir və kanalizasiya sistemi bərbad vəziyyətdədir. Prezident Administrasiyasının İşlər İdarəsinin tabeçiliyində olan nəşriyyata lift təmiri, kanalizasiya sistemlərinin bərpası üçün kifayət qədər böyük həcmdə büdcə vəsaitləri ayrılsa da, görünür bu pullar Nəşriyyatın təmirinə deyil, şəxsi ciblərə yönəlib.
Səhər Xəbər