Vüqar Səfərlidən sonra həbs növbəsi Ağabəy Əsgərovundur - Nəşriyyatda yoxlamalar başladı...
Nəşriyyatın binasında Fətullah Günən sədası...
Gündəlik Bakı öz yanaşmasında müəyyən dəyişikliklər ermək qərarına gəlib.
Birincisi, 44 günlük Vətən müharibəsindəın sonra cənab Prezdentimiz İlham Əliyev açıq mesajlar verdi ki, neçə illərdir ki, bütün vaxtımı Qarabağ probleminin həllinə sərf edirdim…
Bu mesaj fürsətdən istifadə edən nazirlərə, icra başçılarına, məmurlara açıq xəbərdarlıqdır.
İkincisi, cəmiyyət artıq məmurların əlindən bezib.
Bu mənada Gündəlik Bakı qəzeti öz fəaliyyətini Prezidentin siyasi kursuna uyğunlaşdıracaq.
Bunu oxucularımızın nəzərinə çatdırırıq.
Paytaxtımız Bakının son on illərdə abad, gözəl şəhərə çevrilməsi göz önündədir. Amma bəzən şəhərdə elə binalara rast gəlirsən ki, adam mat-məəttəl qalır. Bu gözəlliyin ortasında bu “pintilik” nədir ?
Qüdrətli Azərbaycan dövlətinin bu pintiliyi aradan qaldırmağa imkanı çatmırmı ?
Məsələn, “Azərbaycan” nəşriyyatının binasından başlayaq.
Heç kimin ağlına mənfi fikir, qərəz gəlməsin deyə, başqa binanı da göstərə bilərik. Məsələn, el arasında Ürək İnstitutu deyilən, amma əsl adı kardilogiya Elm-Tədqiqat İnsitutu olan bina. Lazım gəlsə, üçüncünü, dördüncünü də deyə bilərik.
Yəni bizim “Azərbaycan” nəşriyyatı, yaxud oranın direktoru Ağabəy Əsgərovla davamız yoxdur. Axı, yuxarıda qeyd etdi ki, bizim məqsədimiz Prezidentimizin yuxarıda qeyd etdiyi fikrinə, məramıma dəstək olmaqdır, həm də heç kimdən çəkinmədən.
Məlumat üçün qeyd edək ki, keçmiş Kommunist, indiki Azərbaycan nəşriyyatı sovet dövründə Mərkəzi Komitənin, müstəqillik zamanında isə Prezident Administrasiyası İşlər İdarəsinin tabeçiliyində olub. Yəni bu bina “ideoloji antena” olub və uzun müddət PA-nın İşlər İdarəsinin müdiri Akif Muradverdiyevin nəzarətində olub. Və Akif Muradverdiyev dövlət çevrilişi cəhdinə görə sabiq səhiyyə naziri Əli İnsanovla birgə həbs olunandan sonra bu “antena” keçdi Əli Həsənovun əlinə. Və köməkçi Əli Həsənovla Ağabəy Əsgərov binanı özləri üçün biznes mərkəzinə çevirdilər və burada hər şeyin alveri getdi.
Ancaq bu cütlüyün əsas hədəfi binanı daha bərbad vəziyyətə salıb, yuxarılara məruzə etmək və...
Bəli, Əli Həsənovla Ağabəy Əsgərov binanın yerində və ətrafında göydələn binalar tikmək və satmaq istəyirdilər. Bu məsələni hazırda həbsdə olan Vüqar Səfərli ilə də müzakirə etmişdilər. Söhbət zamanı Vüqar Səfərli tikinti-inşaat məsələsini üzərinə götürmüşdü.
Təsəvvür edirsiniz, az qala bütün Bakı qalır ayağının altında, qarşında mavi Xəzər və s.
Ancaq bu məsələyə qədər aralıq məqsədlər var idi.
Axı, dövlət bu binaya kifayət qədər vəsait ayırır. O pulları mənimsəmək lazım idi və o pullar mənimsənilib. . Prezident Administrasiyasının İşlər İdarəsinin tabeçiliyində olan nəşriyyatın lift təmirinə, kanalizasiya sistemlərinin bərpası üçün kifayət qədər böyük həcmdə büdcə vəsaitləri ayrılsa da, görünür bu pullar Nəşriyyatın təmirinə deyil, Ağabəylə Əlinin ciblərinə gedib.
Nəşriyyatda lövbər salan RASİMKİMİLƏR hər ay Ağabəyə nə qədər pullar verir. Bunları uçotu-dəftəri-kitabı varmı, ay Ağabəy müəllim ?
Əli Həsənov nəşriyyatın ərazisində özü üçün Beynəlxalq Mətbuat Mərkəzi tikdirib.
Ağabəylə Əli Həsənov həmən ərazidə şərikli binalar tikib.
Bu bina bir zamanlar bir dövlətin az qala məbədi olub. Sizlər bu binada çörək sexləri, tort sexi, avtoqarajlar açaraq yüz minlər qazanmısınız.
Bu binada indi də deyəsən Fətullah Gülənin qoxusu gəlir.
Hələ 6-cı mərtəbədəki tualetdən gələn ifunəti demirəm...
Və digər məsələlərlə bağlı növbəti yazıda.