Qərənfil Əhmədova məsüliyyətdən yayına biləcəkmi?



 

Ulu Öndər Heydər Əliyev demişdir, “Təhsil millətin gələcəyidir”. Yəni, gələcəyi olan millətin taleyi onun təhsilindən aslıdır.

“Od olmayan yerdən tüstü çıxmaz” deyib atalarımız. Bəli, məsələlər və misallar baş verən son hadisələrə uyğun çəkilib desək yanılmarıq. Yenidən söhbət açacağımız mövzü igidlər diyarı olan Cəlilabad rayonundandır. Unutmaq olmaz ki, vətən müharibəsində cəlilabadlı qəhrəmanlar tarix yazdı. Əlbətdə ki, tarixi qələbəmizdə cəlilabadlıların müstəsna xidmətləri hər zaman xatırlanacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin…

Keçək mətləbə. Cəlilabad sakinləri məmur fironluğundan və haqsızlıqlardan hər zaman gileyli olduqları barədə məlumat vermişdik. Bir sözlə, başçı sarıdan bəxti gətirməyən cəlilabadləların son ümüdləri məhz prezident cənab İlham Əliyev olub. Onu da nəzərinizə çatdıraq ki, rayonlarda və şəhərlərdə baş verən xoşagəlməz hadisələr məsüliyyətsizliyin nəticəsidir. Rayonlarda özlərini padşah kimi hiss edən hegamon məmurların amalı narazı kütlə yaratmaqdır.

Digər tərəfdən həmən məmurlar onlara həvalə olunan vəzifədən şəxsi maraqlar üçün istifadə edir. Bir mənalı olaraq bunu qəbul etməliyik. Fakt budur ki, qeyd olunan nöqsanlar bir başa rayon rəhbərlərinin “dabrosundan” sonra həyata keçirilir. Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) əməkdaşları tərəfindən keçirilən bütün uğurlu əməliyyatlar sübüt edir ki, ölkə başçısı cənab İlham Əliyevin etibar etdiyi kadrlar heç də etibarlı deyil. Son günlər gündəmi zəbt edən edən ən çox qalmaqalı məsələ Cəlilabad RİH başçısı Namiq Zeynalovun həbs məsələsidir.

Səhər Xəbər-in məlumatına görə Cəlilabad rayonunda rüşvət tuğyan edir, icra başçısı açıq şəkildə idarə və müəssisə rəhbərlərindən rüşvət tələb edir. Rayon təhsili icra başçısı və TŞ-nin müdiri tərəfindən iflic vəziyyətə salınıb. Bu barədə kifayət qədər məlumatlar dərc edildi və aidiyyətli qurumlara ünvanlandı. Dərc edilən məlumatlar araşdırılmağ əvəzinə, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova tərəfindən hədələndik. Hədələr ard-arda dolayısı yollarla bizə ünvanlandı. Q. Əhmədova və hazırda həbsdə olan N. Zeynalov tərəfindən bizi susdurmaq üçün bütün vasitələrə əl atıldı. Mənasız və gülünc iddialar əməkdaşlarımızı durdurmağa kifayət etmədi.

Lakin zaman sübüt etdi ki, sözügedən rayonda rüşvət və korrupsiya rayon rəhbərliyin təlimatına uyğun həyata keçirilib. Biz qeyd edirdik ki, rayon təhsili bir başa bazar qanunları ilə idarə olunur. Orta məktəb direktorlarından aylıq tələb edən Qərənfil Əhmədova deyildimi? “Toplanan vəsaitlərin bir qismi icra başçısına ötürülür” söyləyən Qərənfil müəllimə bu günü düşünürdümü? Cənab prezidentin Cəlilabad rayonuna səfər ərəfəsində işlər planlaşdıran və bunun muqabilində müəllimlərdən rüşvət tələb edən təhsil şefi sonradan sözünü nə üçün dandı?

Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova bəzi saytlara mövqe göndərərək dərc etdiyimiz faktları şər və böhtan adlandırdı. Sual yaranır. Hörmətli Elnarə xanım, sizin “cənab başçı” dediyiniz N. Zeynalovun həbs xəbəri sizi təəcübləndirmədi? Axı, başçınız haqqında tənqidi məqalələrə görə bizləri böhtançı adlandırmışdınız…