Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır
İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.
İRNA-nın xəbərinə görə, Ruhani bu sahədə dinamik bir strategiya hazırlanmalı olduğunu və kriptovalyutaların ölkənin makroiqtisadiyyatındakı rolu ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsini vurğulayıb:
“Kriptovalyuta fəaliyyətini leqallaşdırmaq və bu sahədə xalqın kapitalını qorumaq üçün əlaqədar nazirliklər tərəfindən mümkün qədər tez həll yolu tapılmalı, lazımi qanunlar və təlimatlar hazırlanmalı və təbliğ edilməlidir”.