Ülvi Quliyev “Diaspora komitəsi”nin sədri olmaq istəyir- Müharibə vaxtı oğlu LONDONDA kef edən deputatın OLİQARXİYASI... VİDEO



 

44 günlük Vətən müharibəsində diasporamız əməlli-başlı fəaliyyət göstərdi.

Bəs, siz və oğlunuz nə etdiniz, cənab deputat ? 

Sözün düzü, deputat Ülvi Quliyev ilə bağlı mövzuya təkrar-təkrar qayıtmağımız  onun personasına qarşı xoş olmayan niyyətimizdən, yaxud xüsusi bir səbəbdən  irəli gəlmir. 
Sadəcə, Ülvi Quliyev  “qələm-klaviatura”  üçün daha çox material verir. Və bu da onunla bağlı daha çox  yazmağa stimul verir. 
Öncə onu qeyd edək ki, Ülvi Quliyevin istək və arzuları bitib-tükənmək bilmir. 
Bu adam indi də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmaq eşqinə düşüb. Hər yerdə  deyir ki, yaxın  zamanda Diaspor Komitəsinin sədri olacam. 
Əlbəttə, biz kiminsə arzusunun qarşısını almaq istəmirik. Və məşhur ifadə var ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. 
Amma  sənə göstərilən etimadları nə qədər doğrultmusan ki, indi də komitə sədri olmaq istəyirsən. 
Adi aptek biznesi ilə məşğul olduğun halda sənə Dövlət Gömrük Komitəsində Qaçaqmalçılıqla mübarizə idarəsində rəhbər vəzifə etibar etdilər. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi oldun.Qaçaqmalçılıq bilirsən də nədir ?
Narkotiklər, apteklər mövzusu da yəqin sizə yad deyil.
Bu vəzifədə nələr etdin, nələr qabağa düşdün, hamıya bəllidir. Hətta az vaxtda  sənə polkovnik rütbəsi də  verdilər. Cəmiyyət bundan nə qazandı ? Heç nə. Qazanan sən özün oldun. 
Sonra  səni Nəsimi rayonundan deputat elədilər. Bəli, elədilər. Çünki Nəsimi rayonunda sənə vətəndaşlar niyə səs verməli idi ? 
Hətta demişdin ki, Nəsimidə orta məktəbi bitirmişəm. Nolsun, Nəsimi rayonunda minlərlə məktəb bitirən var. Bircə dəfə Nəsimi sakinlərinin problemlərini parlamentdə qaldırdınmı ? 
Nəsimi rayonu ərazisndə  minlərlə ağaclar kəsildi bir dəfə səsiniz çıxmadı. Nəsimi rayonunda ev sahibinin çölə pəncərə açmasının qiymətini  hamı bilir. Sən bilmirsən cənab deputat ?
Yasamaldan 5 il deputat oldun. Sökülən evlərin sahibləri  tikinti şirkətlərindən nə qədər şikayət elədi. Niyə bircə dəfə parlamentdə onların  dərdini səsələndirmədin ? 
İndi də 3-cü dəfə deputat olmusan. Bütün bunlar sənə azlıq edir ki, indi də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olmaq istəyirsən. Axı, bu sahədə sənin heç bir təcrübən yoxdur. Pis-yaxşı Fuad Muradov 3 ildir bu sahədə mümkün olanları etməyə çalışır. İnsaf naminə qeyd edək ki, 44 günlük Vətən müharibəsində  diasporamız əməlli-başlı fəaliyyət göstərdi. 
Bəs, 44 günlük savaşda siz nə etdiniz, cənab deputat ? 
Oğlunuz bəlkə erməniyə bircə  güllə atdı ? 
Yaxşı erməniyə güllə atmırdı, barı xaricdə bircə tədbir keçirərdi. Onu da etmədi. İndi diaspora qurmaq istəyirsən. 
Amma oğlunuzun biznesi Avropanı fəth edir. 
Müharibədə iştirak etməyən gənc oğlun   Orxan Quluzadə Londonda mülklərə sahibdir. Britaniya krallığında 5 mülkə sahibdir: 
1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk 
5.Londonda 600 min funt sterlinq..
Cəmi  6 milyon…


20  yaşlı gənc 6 milyonu  necə qazandı, Ülvi Quliyev ?

Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir. 
Bütün bunlar sizə bəs etmir, cənab deputat ? 
Bəlkə diasporanı da öz biznesinizə qatmaq istəyirsiniz ? 
Amma unutmayın ki, “bir çayda iki dəfə çimmək olmaz”. 
Sizin qatarınız gedib. Və sizin xahişlərinizi daha Maliyyə Nazirliyində də “dəftərə yazan” yoxdur. 
Artıq tamah baş yarar, çalış əlindəki qoru, cənab deputat.