“Mançester Yunayted”in azarkeşləri yenidən etiraz edirlər – FOTO/VİDEO



 

“Mançester Yunayted”in tərəfdarları “Liverpul”la qarşılaşma öncəsi yenidən klub stadionunun qarşısına toplaşıblar.

Bu barədə jurnalist Rob Harris özünün “Twitter” səhifəsində məlumat verib.

Onlar klubun hazırki sahibləri olan Qleyzerlər ailəsinin rəhbərlikdən kənarlaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, mayın 2-də baş tutmalı olan qarşılaşma məhz azarkeşlərin etirazları səbəbindən bugünə təxirə salınıb.