Ronaldunun anası: “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəyəm”



 

“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru oğlunu “Sportinq”ə keçməyə razı salmağa çalışır.

Bu barədə “Football Italia” məlumat yayıb.

“Mən onunla danışacağam və növbəti il “Sportinq”ə qayıtması üçün razı salmağa çalışacağam, bunun üçün hər şeyi etməyə hazıram”, - deyə D.Aveyru bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu peşəkar karyerasına “Sportinq”də başlayıb.