UEFA Superliqa klublarına qarşı istintaqa başlayıb



 

UEFA hələ də Avropa Superliqasını tərk etməyən “Barselona”, “Real” və “Yuventus”a qarşı istintaqa başlayıb.

Bu barədə qurumdan yayılan bəyanatda bildirilib.

Bəyanata əsasən, UEFA klubları intizam reqlamentinin 31-ci (4) bəndinə əsasən təşkilatın qaydalarını pomaqda ittham edib və məsələnin araşdırılması üçün müfəttişlərin təyin olduğunu bildirib.

Qeyd edək ki, Avropa Superliqasının əsası 12 klub tərəfindən qoyulsa da, onlardan 9-u tezliklə layihəni tərk edərək UEFA ilə razılaşma imzalayıb. Üç klub isə hələ də turniri tərk etmək fikrində deyil.