Avrokubok finallarını idarə edəcək hakimlər bəlli oldu



 

UEFA Avrokubok turnirlərinin final matçlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Sports.ru xəbər verir ki, “Mançester Siti” və “Çelsi” arasında keçiriləcək Çempionlar Liqasının həlledici qarşılaşmasının baş hakimi ispaniyalı Antonio Migel Mateu Laos olacaq.

Avropa Liqasının “Vilyareal” və “Mançester Yunayted” arasında baş tutacaq final oyununu isə fransalı referi Kleman Tyürpen idarə edəcək.

Qeyd edək ki, Avroliqa finalı mayın 26-da, Çempionlar Liqası finalı isə mayın 29-da keçiriləcək.