Koronavirusa yoluxan Azərbaycanın Xalq artistinin son vəziyyəti - YENİLƏNİB + FOTO



 

“Xalq artisti Arif Quliyevin vəziyyəti olduqca ağır qiymətləndirilir”.

Bunu SeherXeber.org-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, A.Quliyev təxminən 10 gündür yeni növ koronavirusa (COVID-19) yoluxub. Dörd gündür xəstəxanada aparılan müalicələrə baxmayaraq, vəziyyətində ağırlaşmalar oldu. Bir gün əvvəl reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib”.

Həkim əlavə edib ki, Xalq artistinin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub:

“Lazım olunan bütün müayinə və müalicələr aparılır. Ancaq vəziyyəti çox ağırdır”. 

İlhamə Əbülfət

10:18

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib:

“Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.