Rusiyalı tanınmış idman şərhçisi koronavirusa yoluxub



 

Rusiyalı tanınmış idman şərhçisi Vasili Utkin koronavirusa yoluxub.

Bu barədə o özü sosial şəbəkədə paylaşım edib.

“Müqəddəs Kovidiya klubuna daxil olduğunu” bildirən şərhçinin COVID testi müsbət çıxıb. O, xəstəliyinin “söz azadlığı kimi, yəni simptomsuz keçdiyini” bildirib.   

Paylaşımından sonra Utkin MOİK - “Spartak” Moskva derbisini şərh edib.