Kiyev “Dinamo”su vaxtından əvvəl Ukrayna çempionu oldu - FOTO



 

Ukrayna futbol çempionatında Donetsk “Şaxtyor”unun dördillik çempionluq seriyası qırılıb.

“Haber Global”ın məlumatına görə, rumıniyalı məşqçi Mirça Luçeskunun çalışdırdığı “Dinamo”  turnirin bitməsinə 3 həftə qalmış öz çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, hazırda iki klub arasındakı fərq 13 xala çatıb. Bununla da, paytaxt komandası 16-cı dəfə turnirin qalibi olub. Luçesku isə karyerasındakı 35-ci kuboku əldə edib.