16 yaşlı Azərbaycan əsilli gimnast Avropa çempionu oldu



 

İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli, Böyük Britaniya təmsilçisi Cesika Qədirova qızıl medal qazanıb.

SeherXeber.org-ın xəbərinə görə, 16 yaşlı Cesika xalça üzərində sərbəst hərəkətlərdə hamıdan ən yaxşı nəticəni göstərərək Avropa çempionu olub. Qeyd edək ki, hər iki valideyni azərbaycanlı olan Cesika Qədirova ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatında öncəki günlərdə gümüş (dayaqlı tullanma) və bürünc medal (çoxnövçülük) qazanmışdı.

Səbuhi Musayev