Peres UEFA-nın Super Liqa təhdidlərinə cavab verdi



 

Madrid “Real”ı və Super Liqanın prezidenti Florentino Peres UEFA rəhbəri Aleksander Çeferinin yeni turnirin yaradılması ilə bağlı təhdidlərinə münasibət bildirib.

“Mən beləsini heç vaxt görməmişəm. Biz məcburən məhkəməyə müraciət etdik. Həmin məhkəmə isə UEFA və FIFA-ya, həmçinin milli liqa və federasiyalara Super Liqa hazırlıqlarına əngəl törədəcək hər hansı addımdan çəkinməyi tövsiyə etdi.

Bu qərar UEFA-nın monopoliyasını məhv etdi. Buna baxmayaraq, Çeferin təhdidlərinə davam edir”.