Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina edib



 

Portuqaliya hökuməti müstəmləkə dövründə köləliyə görə təzminat ödəmək üçün hər hansı bir prosesi başlamaqdan imtina edib.

Bu barədə xarici KİV məlumat yayıb. 

Bəyanatda deyilir ki, hökumət münasibətləri dərinləşdirmək və tarixi həqiqətlərə hörmət etmək istəyir, lakin təzminat ödəmək üçün konkret fəaliyyət proqramı yoxdur.

Səlahiyyətlilər qeyd ediblər ki, əvvəlki hökumətlər də oxşar xətti izləyiblər.