Putinin 2 uşağının anası olduğu deyilən Kabayevanın son halı - İlk dəfə danışdı



 

Rusiya Prezidenti Vladimir Putinin gizli saxladığı iki övladının anası olduğu deyilən Alina Kabayeva susqunluğunu pozub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, illərlə davam edən münasibəti ilə bağlı təfərrüatları açıqlamayan Kabayeva Putinin siyasətini dəstəklədiyini bildirib.

Kabayeva bu həftə Putinin inauqurasiya mərasimində iştirak edib və onu açıq şəkildə tərifləyib.

"Xüsusi hərbi əməliyyat keçirilir, asan deyil, mürəkkəb prosesdir, amma insanların seçkilərə gəlib prezidenti və onun siyasətini dəstəkləməsi çox böyükdür. Biz seçicilər görürük ki, liderimiz xarici ölkələrə yox, öz xalqına güvənir. Bütün uğurlarımızın, qələbələrimizin təməli budur”.

Qeyd edək ki, bu ilin əvvəlində “Daily Star” qəzeti Putinin A.Kabayeva ilə münasibətini kəsdiyini, hazırda 39 yaşlı Yekaterina Mizulina ilə münasibətdə olduğunu yazıb.

Billurə