Abramoviç Super Liqaya görə “Çelsi” azarkeşlərinə müraciət etdi



 

Londonun “Çelsi” klubunun sahibi Roman Abramoviç və klub rəhbərliyi Super Liqa ətrafındakı vəziyyətlə bağlı azarkeşlərə müraciət ünvanlayıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Yeni liqa yaradılacağı məlum olanda biz “Çelsi”nin potensial olaraq ən prestijli liqada oynamaqdan kənarda qalmasını istəmədik. Biz həmçinin klubumuzun Avropa və İngiltərədəki rəqiblərindən rəqabət baxımından geri qalmasına icazə verə bilməzdik”, - deyə bildirilib.

Klubdan qeyd olunub ki, rəhbərlik vaxt məhdudiyyətinə görə məsələni azarkeşlərlə müzakirə edə bilməyib.

“Çelsi” rəhbərliyi vurğulayıb ki, sonradan səhmdarlar və azarkeşlərlə aparılan müzakirələr nəticəsində əksəriyyətin Super Liqaya qarşı olduğu üzə çıxıb və buna görə də klub öz mövqeyini dəyişib.