Azərbaycanlı futbolçunun Nepal Super Liqasında debütü uğursuz alındı - FOTO



 

Azərbaycan Premyer Liqasının sabiq bombardiri Nurlan Novruzov Nepal klubu ilə müqavilə bağlayıb.

SeherXeber.org xəbər verir ki, bu ilin martın 24-də yaradılmış “Lalitpur Siti” klubu ilə Nurlan arasında mayın 15-dək anlaşma imzalanıb. O, 7 nömrəli formanı geyinəcək.

Artıq o, bu gün “Lalitpur Siti”nin Nepalın françayz Super Liqasının ilk turunda “Katmandu Rayzrs” klubu ilə görüşündə start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub. Nurlanın komandası 66-cı dəqiqədə buraxdığı qolla 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Nurlan Novruzov 2014/15 mövsümündə “Bakı” klubu ilə Premyer Liqanın ən sərrast futbolçusu olub. O, daha əvvəl Türkiyə, Moldova və Estoniyada legioner karyerası yaşayıb.

Səbuhi Musayev