Türkiyə prezidentinin sözçüsündən Erməsintanda baş verən hadisələrə REAKSİYA
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Erməsintanda baş verən hadisələrə münasibət bildirib.
O, ölkədəki çevriliş cəhdini qınayaraq, belə halların hər zaman demokratiya üçün zərərli olduğunu və xaosa yol açdığını qeyd edib.
“Ermənistandakı çevriliş cəhdini qınayırıq. Çevrilişlər hər zaman demokratik prosesləri yarıda qoyaraq xaosa səbəb olur. Ermənistanda cərəyan edən proseslərin tezliklə normallaşacağına ümid edirik”, -deyə Kalın “Twitter” hesabında yazıb.
Ermenistan’daki darbe girişimini kınıyoruz. Darbeler her zaman demokratik süreçleri inkıtaya uğratmış ve kaosa neden olmuştur.
— Ibrahim Kalin (@ikalin1) February 25, 2021
Ermenistan’da sürecin ivedilikle normale dönmesini temenni ediyoruz.