Qətərdə dünya çempionatına hazırlıq dövründə minlərlə miqrant ölüb
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq prosesi zamanı təxminən yeddi minə yaxın miqrant-işçi ölüb.
Bu barədə “The Guardian” məlumat yayıb.
Sözügedən siyahıya Hindistan, Banqladeş, Nepal, Pakistan və Şri-Lanka vətəndaşları aid olub. Nəşr isə real rəqəmlərin daha böyük olduğunu, bu siyahıya Filippin və Keniyadan olan miqrantların daxil olmadığını vurğulayıb.