İrəvan Dövlət Universitetinin binasına basqın olub



 

Ermənistanın paytaxtında onlarla nümayişçi İrəvan Dövlət Universitetinin binasına basqın edib.

Bu barədə “İnterfaks” agentliyi xəbər verib.

Qeyd olunur ki, müxalif fəallar İrevan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Onlar universitetin dəhlizlərində “Nikolsuz Ermənistan!” şüarları səsləndiriblər.

Təhsil ocağının təhlükəsizlik xidmətinin əməkdaşları aksiyaya müdaxilə etməyib.