Nurəngiz Bəşirova Beyləqan xəstəxanasına necə baş həkim təyin olunub?!..
Bir neçə il əvvəl doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunan Nürəngiz Bəşirova bugünlərdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib...
Beyləqandan PİA.Az-a daxil olan məlumata görə ötən gün rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib. Yeni baş həkimin adını eşidəndə isə rayon sakinləri şoka düşüb. Adı müxtəlif cinayətlərdə gedən Ruhəngiz Bəşirovanı TƏBİB-in rəhbəri Ramil Bayramlı Beyləqan rayon Mərkəzi xəstəxanansının baş həkimi vəzifəsinə təyin etməsi aləmi qarışdırıb! Adı törətdiyi cinayət xarakterli əməllərə görə, mətbuatın gündəmindən düşməyən Nürəngiz Bəşirovanın baş həkim təyinatı Xocavənd və Beyləqan əhalisində böyük narazılıq yaradıb.
Qeyd edək ki, Nürəngiz Bəşirova yol verdiyi ciddi nöqsanlara görə 2 dəfə Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. Bundan əlavə, 2005-ci ildə Nürəngiz Bəşirovaya qarşı Ağcabədi Rayon Prokurorluğunda Xocavənd rayon xəstəxanasının bir neçə əməkdaşı ilə bərabər cinayət işi açıb. Cinayət məcəlləsinin 179.2.3 və 313 maddələri ilə təqsirləndirilən Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham edilirdi...
4 il öncə isə yol verdiyi ciddi nöqsanlara görə ikinci dəfə Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılan Nürəngiz Bəşirova 2 ildən sonra yenidən işinə bərpa olub. Yol verdiyi ciddi nöqsanlara görə haqqında cinayət işi açılan və iki dəfə vəzifədən çıxan Nürəngiz Bəşirovanın təkrar baş həkim vəzifəsinə təyin olunmasını əhali Xocavənd RİH başçısı ilə bağlayır...
Nürəngiz Bəşirovanın Beyləqan xəstəxanasına tez-tələsik baş həkim təyin olunmasının əsas səbəbini 4 aydan çoxdur Xocavənd rayon sakinlərinin Prezident Adminstrasiyasına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və digər qurumlara fasiləsiz olaraq, baş həkimin Xocavənd rayon mərkəzi xəstaxanasında yaratdığı özbaşınalıqdan ardıcıl şikayət etməsilə izah olunur. Ruhəngiz Bəşirova, məhz əhalinin çoxsaylı şikayətlərindən hakimiyyətin yuxarı orqanlarının xəbər tutmaması üçün iş yerini dəyişdiyi bildirilir.
PİA.az-a məlumat verən mənbə iddia edib ki, Nürəngiz Bəşirova Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməsi üçün külli miqdarda "xərc çəkib."
TƏBİB-in bu qalmaqallı təyinatı necə şərh edəcəyi isə maraq doğurur. Çünki hər bir beyləqanlı bu gün sual edir: Beyləqanda normal bir mütəxəssis yox idi ki, Ramil Bayramlı adı onlarla qalmaqalda, korrupsiyada keçən bir şəxsi Xocavənddən gətirib Beyləqana baş həkim təyin etdi?!..
Cənab Prezidentin ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə həyata keçirdiyi hazırkı məqamda TƏBİB-in rəhbəri R. Bayramlının adı rüşvət və korrupsiyada hallanan Xocavənd rayon Mərkəzi xəstəxanasının baş həkim Nurəngiz Bəşirovanı heç bir əlaqəsi olmayan Beyləqan rayonuna baş həkim təyin etməsi olduqca ciddi mətləbdən xəbər verir!
Səhərxəbər.org nedia orqanı olaraq, yazı adı keçən tərəflərin rəy və fikirlərini dinləməyə hazırıq!
Mənbə: PİA.az