Mənzildən oğurluq edən iki şəxs tutuldu



 

Bakıda evdən oğurluq edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2 950 manat dəyərində notbuk, kompüter və iki ədəd gödəkcə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş M.Mirabdullayev və Şirvan şəhər sakini F.Ağayev saxlanılıb.