Tərtər sakinindən silah götürülüb



 

Tərtər rayon sakinində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaradağlı kənd sakini İ.Abdullayevdən “TOZ-B” markalı ov tüfəngi götürülüb.