Mağazadan oğurluq edən üç yeniyetmə saxlanıldı



 

Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozların oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb.

Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.