Deputatlar vaksinasiyanı müzakirəyə çıxarır



 

Milli Məclisdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirəyə çıxarılacaq.

Oxu.Az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, fevralın 4-də bununla bağlı parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans şəklində birgə iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda vaksinasiya və görülən digər tədbirlər barədə məsələlərin müzakirəyə çıxarılması gözlənilir.

Aqşin Kərimov