Abşeronda iki avtomobil toqquşdu



 

Abşeronda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yeni Saray yolunda qeydə alınıb.

Belə ki, 90-MH-585 dövlət nömrə nişanlı “Mercedes Benz Viano” markalı maşın ara məsafəsini düzgün tənzimləyə bilmədiyi üçün “99-LU-289” dövlət nömrə nişanlı “Great Wall Haval H3” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyyə maşını gəlib.