Bərdədə 50 yaşlı kişini maşın vurub öldürdü - FOTO



 

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bərdə rayon Qarağacı kənd sakini 1990-cı il təvəllüdlü Surxay Ağalarov idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1971-ci il təvəllüdlü Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.

Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.