Merkel: “Peyvəndə təsir etməyən mutasiya olsa, hər şeyi sıfırdan başlamalıyıq”
Almaniya kansleri Angela Merkel COVID-19-a qarşı peyvəndlə təmin edilmək, peyvəndləmə zamanı yaşanan narahatlıqlar barədə qiymətləndirmələr edib.
“Anadolu” agentliyi xəbər verir ki, o, Avropa İttifaqı (Aİ) Komissiyasının videoformatda keçirilən iclasında bu haqda danışıb.
Merkel bildirib ki, peyvənd istehsal edən şirkətlərin il ərzində nə qədər vaksin tədarük etmələri əvvəldən bəlli olur.
O, hazırda Aİ-də üç şirkətin peyvənd üçün təsdiqləndiyinə diqqət çəkərək qeyd edib ki, digər şirkətlər peyvənd təsdiqini ala bilməsə belə, hökumət bu ilin yayına qədər hər bir vətəndaşa vaksin təqdim edəcək.
Merkel uşaqlara vurulmayacağına görə, peyvəndin Almaniyada 73 milyona yaxın insana lazım olduğunu deyib.
Peyvənd prosesinin planlı hala gətirilməsi üçün Almaniyada “Milli Peyvənd Planı” hazırlanacaq.
O, peyvəndlə bağlı dəqiq fikirlərin olmadığını da dilə gətirib:
“Peyvəndin təsir etmədiyi, mutasiya etmiş bir növ ortaya çıxarsa, hər şeyə yenidən başlayacağıq”, - deyə Merkel bildirib.